II Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Gənc Peşəkarlar üçün Lektoriya keçiriləcək!

II Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Gənc Peşəkarlar üçün Lektoriya keçiriləcək! Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçiriləcək İkinci Azərbaycan Milli Şəhər Forumunda (NUFA) şəhərsalma sahəsində təhsili dəstəkləmək və şəhər inkişafında gəl
Biznes
25 Sentyabr , 2023 13:11
II Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Gənc Peşəkarlar üçün Lektoriya keçiriləcək!

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçiriləcək İkinci Azərbaycan Milli Şəhər Forumunda (NUFA) şəhərsalma sahəsində təhsili dəstəkləmək və şəhər inkişafında gələcək liderləri ruhlandırmaq üçün hazırlanmış eksklüziv mühazirələr silsiləsi təşkil ediləcək.

İki günlük mühazirələrdə müxtəlif ölkələrin şəhərsalma siyasətinin və şəhərlərin gələcək planlaşdırılmasında yeni yolların müzakirə edilməsi üçün iştirakçılara unikal imkan yaradılacaq.

Tədbirə beynəlxalq universitetlərdən seçilmiş mütəxəssislər dəvət edilib. Bunlar London Universitet Kollecinin professoru Le-Yin Zhang, A Coruna Universitetinin professoru Ricardo Garcia Mira, Varşava Texnologiya Universitetinin professoru Jerzy Grochulski və Orta Doğu Texniki Universitetinin professoru Olgu Çalışkandır.

Qonaqlar şəhərin inkişafı və şəhərlərin İdarəsi, layihələndirmə, davamlılıq, ekoloji psixologiya, iqlim dəyişikliyi ilə sənayeləşmə arasındakı əlaqə və digər mühüm mövzularda öz təcrübə və araşdırmaları, habelə dəyərli fikirləri ilə bölüşəcəklər.

"Baku Marriott Hotel Boulevard"a, 30 sentyabr - 1 oktyabr tarixlərində keçiriləcək tədbirin xüsusi mühazirə hissəsi bütün tələbələr, peşəkarlar və mövzu ilə maraqlanan hər kəs üçün açıqdır. Lektoriya qabaqcıl mütəxəssislərin şəhər problemləri və həll yolları haqqında təcrübə və fikirlərini öyrənmək üçün əlverişli platforma rolunu oynayacaq.

Qeydiyyatı təsdiq etmək üçün bu linklə keçərək formanı doldurmaq lazımdır: bit.ly/3PD0MlA

Son xəbərlər

Orphus sistemi