İçərişəhərdə “KOB Fest” sərgi-satış yarmarkası olacaq

İçərişəhərdə “KOB Fest” sərgi-satış yarmarkası olacaq Aprelin 25-26-da İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İçərişəhərdə (Qoşa Qala Meydanında) “KOB Fest” – sərgi-satış yarmarkası keçirəcək.
Biznes
22 Aprel , 2022 17:42
İçərişəhərdə “KOB Fest” sərgi-satış yarmarkası olacaq

Aprelin 25-26-da İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İçərişəhərdə (Qoşa Qala Meydanında) “KOB Fest” – sərgi-satış yarmarkası keçirəcək.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, tədbir “Sahibkarlar Günü”nə həsr olunur, saat 10:00-dan 20:30-a qədər açıq olacaq. Yarmarkada 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1 000-dən çox çeşiddə məhsulu təqdim ediləcək. Bunlar qida və qeyri-qida məhsulları, əl işləri, müxtəlif xidmətlər olacaq. Festival müddətində KOB subyektləri ebru, qum üzərində rəsm və digər dekorativ tətbiqi sənət növlərinin master-klasslarını, eləcə də mədəni-əyləncəli proqram təqdim edəcəklər.

Son xəbərlər

Orphus sistemi