İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəkərli Diabet Dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərmanların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Avromed Company" QSC-dir.
Qalib şirkətə 42 915,5 min manat ödəniləcək.