İcbari Tibbi Sığorta Dövlət Agentliyi 12 mln manatlıq 2 tenderə yekun vurub

İcbari Tibbi Sığorta Dövlət Agentliyi 12 mln manatlıq 2 tenderə yekun vurub İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin (1) və ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələrinin (2) satın alınması ilə bağlı elan etdiy
Biznes
12 Avqust , 2021 09:44
İcbari Tibbi Sığorta Dövlət Agentliyi 12 mln manatlıq 2 tenderə yekun vurub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin (1) və ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri “Referans Pharmasceuticals” və “Zeytun Pharmasceuticals” MMC-lər, eləcə də “Avromed Company” QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 2 469,4 min manat, 6 827,5 min manat və 2 640,5 min manat, ümumilikdə isə 11 937,4 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi