IATA: Koronavirus aviaşirkətlərin builki gəlirlərini 63-113 milyard ABŞ dolları azaldacaq

IATA: Koronavirus aviaşirkətlərin builki gəlirlərini 63-113 milyard ABŞ dolları azaldacaq Dünyada yayılmış koronavirus aviaşirkətlərin builki gəlirlərinin 63-113 milyard ABŞ dolları azalması ilə nəticələnəcək.
Biznes
5 Mart , 2020 17:58
IATA: Koronavirus aviaşirkətlərin builki gəlirlərini 63-113 milyard ABŞ dolları azaldacaq

Dünyada yayılmış koronavirus aviaşirkətlərin builki gəlirlərinin 63-113 milyard ABŞ dolları azalması ilə nəticələnəcək. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında bildirilib. 

Məlumata görə, azalmanın təxminən 50 milyard ABŞ dolları epidemiyanın geniş yayıldığı Cənub-Şərqi Asiya ölkələrinin payına düşəcək. 

Xatırladaq ki, dünyanın ən böyük aviaşirkətlərinin yer aldığı Beynəlxalq Hava yolu İndeksi (BWAIRL) koronavirusun yayılmağa başladığı ötən ilin dekabr ayından 25% azalma nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi