İtaliyadakı Azərbaycan vətəndaşları Bakıya çarter reysi ilə gətiriləcək - FOTO

İtaliyadakı Azərbaycan vətəndaşları Bakıya çarter reysi ilə gətiriləcək - FOTO Azərbaycanın İtaliyadakı səfirliyi Roma şəhərindən çarter reysi ilə Bakıya yola düşəcək vətəndaşlarımıza müraciət edib.
Biznes
17 Mart , 2020 21:16
İtaliyadakı Azərbaycan vətəndaşları Bakıya çarter reysi ilə gətiriləcək - FOTO

Azərbaycanın İtaliyadakı səfirliyi Roma şəhərindən çarter reysi ilə Bakıya yola düşəcək vətəndaşlarımıza müraciət edib.

Səfirlikdən “Report”a bildirilib ki, martın 17-də saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur.

İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16:00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur.

Zərurət yaranacağı təqdirdə vətəndaşlardan səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaları rica olunur: Telefon nömrəsi: 06 85305557, "Qaynar xətt": 349 8155582.

Son xəbərlər

Orphus sistemi