İsveçrənin "Luzi AG" şirkəti Azərbaycanı regional mərkəz kimi qiymətləndirir

İsveçrənin "Luzi AG" şirkəti Azərbaycanı regional mərkəz kimi qiymətləndirir Yurq Koller: "Planlaşdırırıq ki, Azərbaycan nümayəndəliyi Qafqaz və Orta Asiya bazarları üzrə hab rolunu oynasın"
Biznes
663
19 İyul , 2017 12:04
İsveçrənin Luzi AG şirkəti Azərbaycanı regional mərkəz kimi qiymətləndirir

Bakı. 19 iyul. REPORT.AZ/ İsveçrənin ətriyyat istehsalçısı olan “Luzi AG” şirkəti məhsullarının Qafqaz və Mərkəzi Asiya bazarlarında irəliləməsi üçün Azərbaycanı regional hab kimi qiymətləndirir.

"Report" xəbər verir ki, “Luzi AG”-nin icraçı direktoru Yurq Kollerin (Jürg Koller) sözlərinə görə, şirkət Yaxın Şərq regionu ölkələrinin bazarlarında təmsil olunur və bu regionun aparıcı hazır məhsul istehsalçılarının inamını qazanıb:" Bizi BƏƏ, İran və Fars körfəzinin digər ölkələrində çox yaxşı tanıyarlar. Son illər ərzində Dubayda olan məhsullarımız Azərbaycandan və Qazaxıstandan aktiv şəkildə alınır, məhz bu səbəbdən də Bakıda rəsmi nümayəndəliyin açılmasını qərara aldıq. Planlaşdırırıq ki, Azərbaycan nümayəndəliyimiz nəinki yerli bazarı əhatə etsin, həmçinin Qafqaz və Orta Asiya bazarlarında məhsullarımızın inkişaf etdirilməsində hab rolunu oynasın. Artıq ofisimizdə Azərbaycan və Qazaxıstanda biznesin inkişafı üzrə menecerlərimiz fəaliyyət göstərir”.

Y.Koller onu da əlavə edib ki, şirkət Azərbaycan bazarına yeni çıxıb və məhz buna görə hazırkı tədarükçünü yenisinə dəyişmək istəyən müştəriləri tapmaq elə də asan deyil: “Azərbaycan bazarında şirkətin məhsulları qiymətinə görə rəqabətqabiliyyətlidir. Onu deyə bilərəm ki, bazarda digər analoji məhsullarla müqayisədə biz orta, hətta ortadan bir qədər yuxarı kateqoriyadayıq. Onu da xatırlatmaq istərdim ki, yüksək keyfiyyətli məhsul ucuz satıla bilməz”.

Yerli bazarda “Luzi AG” şirkətinin məhsulları 10 ildən çoxdur tanınır. Şirkət 2014-cü ildə məhsullarının aktiv inkişaf etdirilməsinə başlayıb və artıq 2017-ci ilin fevralında Bakıda regional nümayəndəliyini açıb.

Əsası 1926-cı ildə Sürixdə (İsveçrə) qoyulan “Luzi AG” şirkəti Avropanın ən qocaman ətriyyat istehsalçısıdır.

Son xəbərlər

Orphus sistemi