İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

İsmayıllıda sahibkarlar üçün treninq keçirilib Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirib. 
Biznes
2 Noyabr , 2017 20:52
İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirib. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, treninq "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası", "İxrac sahəsində güzəştlərin tətbiq edilməsi" mövzularını əhatə edib.

Treninqdə həmçinin brendləşmənin xüsusiyyətləri, "Made in Azerbaijan" brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, mövcud və yeni ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, məhsul ixracatçılarına tətbiq edlən güzəştlər və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi