İsmayıllıda ​istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib

İsmayıllıda ​istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri iştirak ediblər
Biznes
27 Noyabr , 2015 20:33
İsmayıllıda ​istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti seminar keçirilib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.

Bildirilir ki, seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib. Eyni zamanda istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair 18 adda müxtəlif bukletlər və yaddaş kitabçaları paylanıb.

Son xəbərlər

Orphus sistemi