İslam İnkişaf Bankı Azərbaycanda klasterlərə dəstək verəcək

İslam İnkişaf Bankı Azərbaycanda klasterlərə dəstək verəcək İslam İnkişaf Bankı (IDB) gələn il Azərbaycanda klasterlərə dəstək verilməsini nəzərdə tutan layihə həyata keçirməyi planlaşdırır.
Biznes
3 Oktyabr , 2019 18:54
İslam İnkişaf Bankı Azərbaycanda klasterlərə dəstək verəcək

İslam İnkişaf Bankı (IDB) gələn il Azərbaycanda klasterlərə dəstək verilməsini nəzərdə tutan layihə həyata keçirməyi planlaşdırır. 

Bu barədə “Report”a açıqlamasında qurumun Türkiyədəki “Regional Hub” layihəsinin idarəetmə üzrə mütəxəsisi Səlçuq Dağ məlumat verib. 

Onun sözlərinə görə, məqsəd Azərbaycanda kiçik və orta sahibkarların potensialını genişləndirməkdir. 

"Bu il Azərbaycan hökumətindən layihə ilə bağlı təklif gözləyirik. Layihənin büdcəsi 200 min ABŞ dolları civarında olacaq", - deyə IDB rəsmisi qeyd edib. 

Son xəbərlər

Orphus sistemi