İran naziri: "Azərbaycan-İran görüşləri regional əməkdaşlığın inkişafına da müsbət təsir edəcək"

İran naziri: "Azərbaycan-İran görüşləri regional əməkdaşlığın inkişafına da müsbət təsir edəcək" M.Vaezi: "Azərbaycanla İran arasında bank əməkdaşlığını da genişləndirmək lazımdır"
Biznes
27 Dekabr , 2016 13:18
İran naziri: Azərbaycan-İran görüşləri regional əməkdaşlığın inkişafına da müsbət təsir edəcək

Bakı. 27 dekabr. REPORT.AZ/ "Azərbaycanla İran arasında olan görüşlər regional əməkdaşlığın inkişafına da müsbət təsir edəcək".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının XI iclasında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında müştərək iqtisadi komissiya digər ölkələrdən fərqli olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün tədbirlər həyata keçirir: "Biz çox şadıq ki, hazırda təkcə ölkələrimiz və hökumətlərimiz deyil, eyni zamanda bölgələrimiz arasında da əlaqələr inkişaf etdirilir. Bu gün imzalayacağımız protokol çərçivəsində birlikdə həyata keçirilən işləri daha da inkişaf etdirməyə çalışacağıq. Azərbaycanla İran arasında həyata keçirilən layihələrin, görüşlərin müsbət təsirini təkcə biz yox, region ölkələri də görəcək".

M.Vaezi vurğulayıb ki, Azərbaycanla İran arasında bank əməkdaşlığını genişləndirmək lazımdır: "Bu sahədə əməkdaşlığı inkişaf etdirməklə biz iki ölkə arasında ticarət dövriyyəsini gələn il 60%-dən çox artıra bilərik. Kənd təsərrüfatı sahəsində bir çox sektorlar üzrə əməkdaşlığımızı artırmaq üçün böyük imkanlarımız var. Turizm, tranzit yükdaşımaları sahələrində də əməkdaşlığımız, birgə həyata keçirilən layihələrimiz gələn ildən daha da genişlənəcək".

Son xəbərlər

Orphus sistemi