İran həkimlərinin Azərbaycanda işləməsi üçün müzakirələr aparılacaq

İran həkimlərinin Azərbaycanda işləməsi üçün müzakirələr aparılacaq Nazir: "Bu ilin sonunadək Astara çayının üzərində inşa edilən dəmir yolu körpüsünün tikintisi başa çatacaq"
Biznes
27 Dekabr , 2016 15:23
İran həkimlərinin Azərbaycanda işləməsi üçün müzakirələr aparılacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ “Azərbaycan-İran Dövlət Komissiyasının 10-cu iclasında imzalanan “Xudafərin” və “Qız Qalası” sazişini İran artıq ratifikasiya edib”.

“Report”un məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan və İran arasında imzalanan “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında” saziş də hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib. Bu sazişlərin müstəsna siyasi və iqtisadi əhəmiyyəti yüksəkdir. Eyni zamanda, indi iki ölkənin birgə həyata keçirdiyi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşır. Azərbaycan nəqliyyat dəhlizinin vacib hissəsi olan Astara çayı üzərində dəmir yolu körpüsü və "Astara" stansiyasından İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xəttinin tikintisini yekunlaşdırıb. İran tərəfi də qısa müddətdə öz ərazisində işləri yekunlaşdıracaq”.

Ş.Mustafayev qeyd edib ki, bu ilin sonunadək Astara çayının üzərində inşa edilən dəmir yolu körpüsünün tikintisi başa çatacaq: “Eyni zamanda, Rəşt-Astara dəmir yolunun tikinsi üzrə imzalanan sazişin müzakirələri davam etdiriləcək. Yanvarın ilk yarısında Bakıda təməli qoyulacaq dərman fabrikinin tikintisi iki ölkə arasında səhiyyə sahəsində də əməkdaşlığı inkişaf etdirəcək. Bundan başqa, Azərbaycanla İran arasında səhiyyə sahəsində əlavə müzakirələr aparılacaq. Burada əsas müzakirə mövzusu iranlı həkimlərin bizim yerli xəstəxanalarda fəaliyyətə başlaması olacaq”.

Son xəbərlər

Orphus sistemi