İran "Caspian Pharmed" əczaçılıq zavoduna 11 mln. dollar yatıracaq

İran "Caspian Pharmed" əczaçılıq zavoduna 11 mln. dollar yatıracaq Azərbaycan qonşu ölkələrə dərman ixracına hazırlaşır
Biznes
207
16 Yanvar , 2017 13:14
İran Caspian Pharmed əczaçılıq zavoduna 11 mln. dollar yatıracaq

Bakı. 16 yanvar. REPORT.Az/ İran tərəfi Azərbaycanda inşa olunacaq "Caspian Pharmed" əczaçılıq zavoduna 11 mln. dollardan çox sərmayə yatıracaq.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii jurnalistlərə açıqlamasında deyib.

İranlı nazir bildirib ki, əsas hədəf zavod istehsala başlayandan sonra Azərbaycanın dərman idxalından asılılığını aradan qaldırmaqdır: "Gələcəkdə qonşu ölkələr - Rusiya, Gürcüstana, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə 1 mln. dollar dəyərində dərman ixrac ediləcək". 

Perspektivdə Azərbaycanla iqtisadi əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayan nazir qeyd edib ki, turizm, yol infrastrukturu və digər sahələrdə birgə fəaliyyət nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi