Bakı. 19 dekabr. REPORT.AZ/ İlkin olaraq 19-na təyin olunan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Hacıqabulda vətəndaşlarla görüşü sabah, dekabrın 20-nə keçirilib. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Nazirlə görüşdə Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Hacıqabul şəhər 10 saylı məktəbdə keçiriləcək.
Qəbula gəlmək istəyənlər qeydiyyata alınmaları üçün Nazirliyin elektron poçt ünvanı (
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.