İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşlarla görüşüb

İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşlarla görüşüb Ötən il nazir Şahin Mustafayevin keçirdiyi analoji 11 görüşdə 700-dən çox yerli sakin iştirak edib
Biznes
16 Yanvar , 2015 15:57
İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşlarla görüşüb

Bakı.16 yanvar. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Neftçalada vətəndaşların qəbulunu keçirib. İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, qəbulda Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 50-ə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar əsasən sosial, istehsal və emal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək göstərilməsi, güzəştli kreditlərin verilməsi, yaşayış məntəqəsinin qazlaşdırılması, kənd yollarının tikintisi, elektrik xətlərinin yenilənməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlər dinləndikdən sonra Ş.Mustafayev nazirliyin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, əkinçilik, heyvandarlıq, çörəkbişirmə, balıqçılıq, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, ötən il iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev 11 şəhər və rayonda vətəndaşlarla görüş keçirib, qəbullarda 700-dən çox yerli sakin iştirak edib.

Son xəbərlər

Orphus sistemi