İqtisadiyyat Nazirliyinin sınaq laboratoriyasının akkreditasiya müddəti uzadılıb

İqtisadiyyat Nazirliyinin sınaq laboratoriyasının akkreditasiya müddəti uzadılıb Sınaq laboratoriyasının akkreditasiya müddəti 2019-cu il oktyabrın 27-dək artırılıb
Biznes
15 Noyabr , 2016 12:09
İqtisadiyyat Nazirliyinin sınaq laboratoriyasının akkreditasiya müddəti uzadılıb

Bakı. 15 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin Mərkəzi qida və qeyri-ərzaq mallarının Sınaq Laboratoriyasının akkreditasiya müddəti uzadılıb.

"Report" adı çəkilən müəssisəyə istinadən bildirir ki, sınaq laboratoriyasının akkreditasiya müddəti 2019-cu il oktyabrın 27-dək artırılıb.

Laboratoriyanın akkreditasiya sahəsi 26 məhsul qrupu üzrə 259 göstəricidən 35 məhsul qrupu üzrə 316 göstəricəyə qədər genişləndirilərək akkreditasiya sertifikatı alınıb.

Qeyd edək ki, bu ilin aprel ayında Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu tərəfindən Laboratoriyanın beynəlxalq tələblərə uyğunluğunun qiymətləndirilməsi aparılıb və akkreditasiya müddəti 2021-ci il aprelin 15-dək uzadılıb.

Son xəbərlər

Orphus sistemi