İqtisadiyyat Nazirliyində yanğında zərərçəkmiş sahibkarlarla bağlı İşçi Qrupu yaradılıb - ƏLAVƏ OLUNUB

İqtisadiyyat Nazirliyində yanğında zərərçəkmiş sahibkarlarla bağlı İşçi Qrupu yaradılıb - ƏLAVƏ OLUNUB Bu il martın 26-da Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb.
Biznes
28 Mart , 2019 17:18
İqtisadiyyat Nazirliyində yanğında zərərçəkmiş sahibkarlarla bağlı İşçi Qrupu yaradılıb - ƏLAVƏ OLUNUB

Bu il martın 26-da Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, yanğınla əlaqədar ziyan dəymiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən martın 29-31-də onların hər biri ilə qabaqcadan razılaşdırılmaqla müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək.

Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaq.

****

"Diqlas" ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlarla bağlı İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb.

“Report” xəbər verir ki, bu barədə nazir müavini Sahib Məmmədov Real TV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sabahdan etibarən Nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) binasında müəyyən edilmiş siyahı üzrə zərərçəkmişlərlə görüş keçiriləcək: "Bu məsələ hər bir vətəndaşla fərdi qaydada müzakirə ediləcək, dəymiş ziyan müəyyənləşdiriləcək və işlər aparılacaq”.

Son xəbərlər

Orphus sistemi