İqtisadiyyat Nazirliyi tender elan edib

İqtisadiyyat Nazirliyi tender elan edib Tender “Regionların inkişafına dəstək qrant proqramı” çərçivəsində keçirilir
Biznes
8 Noyabr , 2016 09:32
İqtisadiyyat Nazirliyi tender elan edib

Bakı. 8 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi “Regionların inkişafına dəstək qrant proqramı” çərçivəsində "Sahibkarlar üçün biznes inkubatorlarının inkişaf etdirilməsinə dəstək" layihəsinə dair açıq tender elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Tenderdə iştirak haqqı 2 500 manatdır. İddiaçılar lazımi sənədləri noyabrın 28-nə qədər, tender təklifini və bank zəmanərini isə dekabrın 7-nə qədər nazirliyə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84, Hökumət evi) təqdim etməlidirlər. 

Təkliflərə dekabrın 8-i, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq. Təkliflərin qiymətləndirilməsində əsasən qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar və kadr potensialı kimi meyarlara üstünlük veriləcək.

Son xəbərlər

Orphus sistemi