İqtisadiyyat Nazirliyi Qazaxıstana ixrac missiyası təşkil edəcək

İqtisadiyyat Nazirliyi Qazaxıstana ixrac missiyası təşkil edəcək Missiya iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər
Biznes
1336
4 Mart , 2017 13:26
İqtisadiyyat Nazirliyi Qazaxıstana ixrac missiyası təşkil edəcək

Bakı. 4 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi aprelin 23-dən 26-na qədər Qazaxıstanın Astana və Almatı şəhərlərinə ixrac missiyası təşkil edəcək.

Nazirlikdən "Report"a bildirilib ki, missiya tikinti və abadlıq materiallarının istehsalı, kimya sənayesi, maşınqayırma, ətir və kosmetika istehsalı, meyvə-tərəvəz, konservləşdirilmiş qida, çay məhsulları, spirtli və spirtsiz içkilər, yüngül sənaye sahələrini əhatə edəcək.

Qazaxıstana gedəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur ("Azpromo").

İxrac missiyalarında iştirak etmək istəyənlər tələb olunan sənədləri martın 17-na qədər Fonda təqdim etməlidirlər.

Müsabiqə martın 28-də "Azpromo"da (Bakı Biznes Mərkəzi, Neftçilər prospekti, 32, elektron ünvan: [email protected]. tel: +99412 5980147/48) təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi