İqtisadiyyat Nazirliyi Naxçıvan Avtomobil Zavodunun fəaliyyətinin dayandırılacağı barədə deyilənlərə münasibət bildirib

İqtisadiyyat Nazirliyi Naxçıvan Avtomobil Zavodunun fəaliyyətinin dayandırılacağı barədə deyilənlərə münasibət bildirib Bakı. 27 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Khazar Avtomobil Zavodundan 10 ədəd avtomobil alacaq.
Biznes
27 Sentyabr , 2018 14:59
İqtisadiyyat Nazirliyi Naxçıvan Avtomobil Zavodunun fəaliyyətinin dayandırılacağı barədə deyilənlərə münasibət bildirib
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Khazar" Avtomobil Zavodundan 10 ədəd avtomobil alacaq.

Bunu "Report" açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, zavodda indiyə qədər yüzlərlə maşın istehsal olunub və onların keyfiyyəti alıcıları tam qane edib: “Odur ki, nazirlik həmin avtomobillərdən 10 ədəd alacaq. Bizdən əvvəl digər dövlət qurumları - Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də “Khazar” avtomobilləri alıb”.

N.Səfərov “NAZ-Lifan” markalı avtomobillər istehsal edən Naxçıvan Avtomobil Zavodunun fəaliyyətinin dayandırılacağı barədə deyilənlərə də münasibət bildirib: “Həmin zavod işini davam etdirir. Düşünmürəm ki, onun fəaliyyəti tam dayandırılacaq".

Son xəbərlər

Orphus sistemi