İqtisadiyyat naziri supermarket şəbəkələri rəhbərlərinin müraciətini şərh edib

İqtisadiyyat naziri supermarket şəbəkələri rəhbərlərinin müraciətini şərh edib Hazırda bu məsələ Vergilər Nazirliyi ilə birlikdə araşdırılır
Biznes
25 Aprel , 2016 11:53
İqtisadiyyat naziri supermarket şəbəkələri rəhbərlərinin müraciətini şərh edib

Bakı. 25 aprel. REPORT.AZ/ Bu günlərdə Azərbaycanın iri supermarketlər şəbəkələri rəhbərlərinin iqtisadiyyat nazirinə ünvanladığı birgə müraciət bir sıra qanunvercilik məsələləri ilə bağlı olub. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev iş adamlarının quruma müraciəti ilə bağlı məsələni şərh edərkən bildirib. 

Ş.Mustafayevin sözlərinə görə, hazırda müvafiq məsələyə Vergilər Nazirliyi ilə birgə baxılır: “Konkret olaraq supermarketlərin rəhbərləri kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərlə vergiyə cəlb olunması ilə bağlı bəzi probemləri qaldırmışdılar. Hazırda biz bu məsələni nəzərdən keçiririk”.

Son xəbərlər

Orphus sistemi