Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 12-də iqtisadiyyat naziri Şahin Mustafayev Sabirabadda Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (H.Əliyev prospekti,95) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaqları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs - Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs - Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.