İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək Qəbulda Bərdə ilə yanaşı Yevlax, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq
Biznes
21 Sentyabr , 2017 09:07
İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək
Report

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sabah iqtisadiyyat naziri Şahin Mustafayev Bərdədə, bu rayondan, eləcə də Yevlax, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının inzibati binasında (Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102 ünvanında) olacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-14-56, 493-88-67 (daxili 21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyevdir), 195-2 Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynovdur, tel.: (022) 337-82-81, (055) 206-88-52, e-poçt: [email protected]) ilə əlaqə saxlaya bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin www.economy.gov.az ünvanındakı rəsmi internet səhifəsində və "Facebook" sosial şəbəkəsindəki səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi