​Azərbaycan və ABŞ-ın Nevada ştatı arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub

​Azərbaycan və ABŞ-ın Nevada ştatı arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub Nevada ştatının iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkili təklif olunur
Biznes
5 Aprel , 2016 16:17
​Azərbaycan və ABŞ-ın Nevada ştatı arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriki qəbul edib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, görüşdə ABŞ-ın Nevada ştatı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və ABŞ arasında əlaqələr təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika və digər sahələrdə uğurla davam etdirilir. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayan nazir ölkə başçısının nüvə sammitində iştirak etmək məqsədilə bu yaxınlarda ABŞ-da səfərdə olduğunu, səfər zamanı bir sıra görüşlər keçirdiyini deyib: “ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin göstəricisidir. Hazırda ölkəmizdə 200-dən çox ABŞ şirkəti fəaliyyət göstərir. Bu günədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulub. Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələr genişləndirilib. ABŞ Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətidir. Bu sahəyə investisiya qoyuluşu üçün imkanlar var”.

ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbrik iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanları vurğulayıb, Nevada Ştatının İqtisadi İnkişaf İdarəsinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarından ibarət heyətin Azərbaycana səfərini təklif edərək, iqtisadi sahədə əlaqələrin inkişafı barədə fikirlərini bildirib.

Son xəbərlər

Orphus sistemi