Azərbaycanın investisiya imkanları gürcüstanlı iş adamlarına təqdim olundu

Azərbaycanın investisiya imkanları gürcüstanlı iş adamlarına təqdim olundu Tbilisidə keçirilən Azərbaycan-Gürücstan biznes forumu çərçivəsində “Azərbaycanda biznes və investisiya mühiti” mövzusunda təqdimat nümayiş etdirilib.
Biznes
5 Mart , 2020 12:46
Azərbaycanın investisiya imkanları gürcüstanlı iş adamlarına təqdim olundu
Report

Tbilisidə keçirilən Azərbaycan-Gürücstan biznes forumu çərçivəsində “Azərbaycanda biznes və investisiya mühiti” mövzusunda təqdimat nümayiş etdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, təqdimatla İqtisadiyyat Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov çıxış edib.

O, Azərbaycanda mövcud biznes və investisiya imkanları, biznesin qurulması üçün mövcud qanunverilicik və üstünlüklər barədə geniş məlumat verib.

Z.Qədirov Azərbaycanın xarici ölkələrdə açdığı ticarət evləri, ölkədə yaradılan sənaye, texnoloji parklar və həmin parklarda təklif olunan vergi güzəştləri barədə də danışıb.

AZPROMO nümayəndəsi qeyd edib ki, Azərbaycan və Gürcüstan birgə səylərlə hər iki ölkəyə turistlərin cəlb olunması sahəsində fəal əməkdaşlıq edə bilər.

Təqdimatdan sonra Avropa İttifaqı - Gürcstan Biznes Şurasının baş katibi Zviad Çumburidze deyib ki, bu ilin may ayının sonuda gücüstanlı iş adamlarından ibarət nümayəndə heyəti Bakıya səfər edəcək. Onun sözlərinə görə, səfər çərçivəsində AZPROMO-da görüşün keçirilməsi və əməkdaşlıq imkanlarının müzakirə edilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi