"İntegral"ın üç mağazası bağlanıb

"İntegral"ın üç mağazası bağlanıb Şirkət maliyyə çətinliyi ilə üzləşib
Biznes
11 Yanvar , 2016 13:21
İntegralın üç mağazası bağlanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanın telekommunikasiya məhsullarının satış bazarının liderlərindən sayılan “İntegral” şirkətinin Bakı şəhərində üç mağazası bağlanıb.

"Report"un əldə etdiyi məlumata görə, maliyyə böhranı başlanandan şirkətin ticarət dövriyyəsi kəskin zəifləyib. Nəticədə, bu günlərdə "İntegral"ın "Memar Əcəmi", Nizami və Nəsimi rayonlarında yerləşən mağazaları fəaliyyətini dayandırmalı olub. Mağazaların işçiləri isə ixtisar olunublar.

Qeyd edək ki, şirkət mobil qurğular və rabitə xidmətlərinin topdan və pərakəndə satışını həyata keçirir. Fəaliyyətə başlayarkən şirkət Bakı, Gəncə, Sumqayıt şəhərləri və respublikanın təxminən 50 regionunu əhatə edib.

Son xəbərlər

Orphus sistemi