İngiltərə yenidən “mavi pasport”a keçir

İngiltərə yenidən “mavi pasport”a keçir Avropa İttifaqını (Aİ) tərk edən İngiltərə hazırda vətəndaşlarının istifadə etdiyi tünd-qırmızı rəngli pasportları 47 il sonra dəyişdirir.
Biznes
135
22 Fevral , 2020 15:39
İngiltərə yenidən “mavi pasport”a keçir

Avropa İttifaqını (Aİ) tərk edən İngiltərə hazırda vətəndaşlarının istifadə etdiyi tünd-qırmızı rəngli pasportları 47 il sonra dəyişdirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İngiltərə Daxili İşlər Nazirliyi ("Home Office") açıqlayıb.

Məlumata görə, İngiltərə yenidən Aİ-yə üzv olmamışdan əvvəl istifadə edilən “mavi pasportlar”a qayıdır. İngiltərə Daxili İşlər naziri Priti Patel yeni pasportlarla “ölkənin milli kimliyi” ilə yenidən birləşəcəyini açıqlayıb.

Xatırladaq ki, İngiltərədə mavi pasportlar 1921-ci ildə istifadəyə başlanılıb, 1973-cü ildə Aİ-yə üzv olduqdan sonra "tünd-qırmızı pasportlar"a keçilib. Beynəlxalq pasport indeksinə görə, dünyanın 81 ölkəsi “mavi pasport”dan istifadə edir.

Son xəbərlər

Orphus sistemi