İngiltərə hökuməti işlərini itirən vətəndaşlarına maaşlarını ödəməyə başlayacaq

İngiltərə hökuməti işlərini itirən vətəndaşlarına maaşlarını ödəməyə başlayacaq İngiltərə hökuməti koronavirus pandemiyasına görə, işləyə bilməyən vətəndaşlarının maaşlarının 80%-ni ödəməyə başlayacaq.
Biznes
20 Aprel , 2020 16:46
İngiltərə hökuməti işlərini itirən vətəndaşlarına maaşlarını ödəməyə başlayacaq

İngiltərə hökuməti koronavirus pandemiyasına görə, işləyə bilməyən vətəndaşlarının maaşlarının 80%-ni ödəməyə başlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Məşğulluğun Mühafizəsi Planı”na əsasən, ödənişlərin yuxarı həddi 2 500 funt sterlinq olacaq.

“Bu gün saatda 450 min müraciəti emal edə bilən onlayn tətbiq istifadəyə verilib. Vətəndaşların müraciətləri bu tətbiq vasitəsi ilə qeydiyyata alınır və bununla da onlar 6 gün sonra pullarını ala bilmək imkanını əldə edirlər”, - deyə maliyyə naziri Rişi Sunak bildirib.

Son xəbərlər

Orphus sistemi