İlk iki ayda daha 26 min vergi ödəyicisinin borcu silinəcək

İlk iki ayda daha 26 min vergi ödəyicisinin borcu silinəcək Ümumilikdə, 79 minə qədər vergi ödəyicisinin borcunun silinməsi gözlənilir
Biznes
22 Fevral , 2017 12:48
İlk iki ayda daha 26 min vergi ödəyicisinin borcu silinəcək

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 26 minə yaxın vergi ödəyicisinin toplam olaraq 350 mln. manata qədər vergi borcu üzrə hesablanan faiz və maliyyə sanksiyalarının silinməsi planlaşdırılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib.

Ə.Məmmədov bu vaxta qədər 69 mindən çox vergi ödəyicisinin faiz və sanksiyalar üzrə borcunun silindiyini deyib: "Ümumilikdə, 79 minə qədər vergi ödəyicisinin borcunun silinməsi gözlənilir".

Son xəbərlər

Orphus sistemi