İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək

İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək 2020-ci ildə Azərbaycanın Şahdağ Turizm Mərkəzində regionlararası gənclər forumu keçiriləcək.
Biznes
9 Dekabr , 2019 15:31
İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək

2020-ci ildə Azərbaycanın "Şahdağ" Turizm Mərkəzində regionlararası gənclər forumu keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev dekabrın 9-da jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan və Rusiya gənclər arasında əlaqələrin gücləndirilməsi və mütəmadi olaraq regionlararası gənclər forumlarının keçirilməsi ilə bağlı razılığa gəlib. Bu forumların bir il Azərbaycanda, növbəti il Rusiyada keçirilməsi nəzərdə tutulub. İlk forum gələn il Azərbaycanda "Şahdağ" Turizm Mərkəzində olacaq.

Son xəbərlər

Orphus sistemi