İqtisadiyyat Nazirliyi və DGK ticarətin asanlaşdırılmasına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi və DGK ticarətin asanlaşdırılmasına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb Bakı. 29 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Biznes
29 Yanvar , 2019 16:30
İqtisadiyyat Nazirliyi və DGK ticarətin asanlaşdırılmasına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında “Ticarətin Asanlaşdırılması”na dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Report”un məlumatına görə, sənəd bu gün "Azərbaycan Respublikasının regionlarının 2014-2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans çərçivəsində imzalanıb.

Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi