“Holcim Azerbaijan” xalis mənfəətini 4 dəfə artırıb

“Holcim Azerbaijan” xalis mənfəətini 4 dəfə artırıb Azərbaycanın aparıcı sement istehsalçısı “Holcim Azerbaijan” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 308,386 mln. manat təşkil edib.
Biznes
7 İyun , 2019 09:58
“Holcim Azerbaijan” xalis mənfəətini 4 dəfə artırıb

Azərbaycanın aparıcı sement istehsalçısı “Holcim Azerbaijan” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 308,386 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4% azdır.

2018-ci ildə “Holcim Azerbaijan”ın cəmi öhdəlikləri 10,1% azalaraq 178,391 mln. manata düşüb, cəmi kapitalı isə 5,75% artaraq 129,995 mln. manata çatıb.

Ötən il şirkətin mal satışından gəlirləri 116,332 mln. manat (əvvəlki ilə nisbətən 8,7% çox), satışının maya dəyəri 64,133 mln. manat (6,5% çox), çatdırılma xərcləri 15,394 mln. manat (22,2%), ümumi və inzibati xərcləri 10,911 mln. manat (13,1% az), əmlak, qurğu və avadanlıqların silinməsi üzrə zərəri 5 min manat (96,6% az), satış xərcləri 5,52 mln. manat (1,7% az), maliyyə gəlirləri 3 min manat (93,5% az), maliyyə xərcləri 9,874 mln. manat (13,35% az), məzənnə fərqindən gəliri 973 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi xərcləri 4,404 mln. manat (3,5 dəfə çox) təşkil edib.

Son nəticədə “Holcim Azerbaijan” 2018-ci ili 7,067 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 4 dəfə çoxdur.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi