​Hindistanda beynəlxalq xidmətlər sərgisi keçiriləcək

​Hindistanda beynəlxalq xidmətlər sərgisi keçiriləcək Sərgi aprelin 20-23-də təşkil olunacaq
Biznes
10 Fevral , 2016 20:37
​Hindistanda beynəlxalq xidmətlər sərgisi keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Hindistanın Nyu-Dehli şəhərində Hindistanın Ticarət və Sənaye Nazirliyinin, Xidmətlərin İxracı Təşviqi Şurası və Hindistan Sənaye Konfederasiyasının təşkilatçılığı ilə II Beynəlxalq Xidmətlər Sərgisi keçiriləcək.

“Report” Azpromo-ya istinadən bildirir ki, sözügedən sərgi aprelin 20-23-də təşkil olunacaq. Bununla yanaşı, Macarıstan şirkətlərinin Azərbaycanın iş adamlarına əməkdaşlıq təklifləri var.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka və şirkətlərlə əməkdaşlığa dəvətlidirlər.

Tədbirlər haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi