Hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib

Hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib.
Biznes
3 Fevral , 2021 18:20
Hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş hərracda 3 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə “Report” Nazirliyə istinadən xəbər verir.

“Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər", - məlumatda deyilir.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Son xəbərlər

Orphus sistemi