Azərbaycan Sənaye Korporasiyası “Hazır məhsul anbarı”nın tikintisini tamamlayıb

Azərbaycan Sənaye Korporasiyası “Hazır məhsul anbarı”nın tikintisini tamamlayıb “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-də istehsal prosesinin artırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində zavodun ərazisində inşasına başlanılıb və “Hazır məhsul anbarı” binasının tikinti işləri tamamlanıb.
Biznes
4 Mart , 2020 10:10
Azərbaycan Sənaye Korporasiyası “Hazır məhsul anbarı”nın tikintisini tamamlayıb
ask.gov.az

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-də istehsal prosesinin artırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində zavodun ərazisində inşasına başlanılıb və “Hazır məhsul anbarı” binasının tikinti işləri tamamlanıb.

Bu barədə “Report”a ASK-dan məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 7 855,46 m2 təşkil edən anbar, şüşə taranın çeşidindən asılı olaraq 12-15 milyon ədəd şüşə tara saxlama imkanına malikdir. Yüksək texnologiyalı bütün kommunikasiya xətləri, ən müasir havalandırma, yanğından mühafizə sistemləri və digər zəruri avadanlıqlarla təchiz edilən “Hazır məhsul anbarı”da müasir video-müşahidə sistemi də quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi