Bu ilin ilk iki ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 225,986 milyon ABŞ dolları təşkil edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 41,566 mln ABŞ dolları və ya 22,5% artıb.
Yanvar-fevralda Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 12,2%-ə barəbər olub.
Azərbaycan Gürcüstanın Türkiyədən sonra ikinci böyük ticarət tərəfdaşı olub.