Gürcüstanın xarici ticarəti artıb

Gürcüstanın xarici ticarəti artıb Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 4 mlrd. 959 mln. dollar təşkil edib.
Biznes
13 iyun 2019 07:33
Gürcüstanın xarici ticarəti artıb

Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 4 mlrd. 959 mln. dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə xarici ticarət dövriyyəsi 1% artıb.

Bu ilin ilk beş ayı ərzində Gürcüstanın ixracı 14,2% artaraq 1 mlrd. 466,8 mln. dollar, idxalı isə 3,6% azalaraq 3 mlrd. 492,3 mln. dollar olub.

Ticarət kəsiri 2 mlrd. 025,5 mln. dollar təşkil edib ki, bunun da ümumi dövriyyədəki payı 40,8%-ə bərabər olub. 

Son xəbərlər

Orphus sistemi