Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6%-ə yaxın artıb

Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6%-ə yaxın artıb Bu ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 882,4 milyon ABŞ dolları təşkil edib.
Biznes
13 Fevral , 2020 11:31
Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6%-ə yaxın artıb

Bu ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 882,4 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur.

Yanvarda Gürcüstanın ixracının dəyəri illik müqayisədə 10% artaraq 262,6 milyon ABŞ dollarına, idxalının dəyəri isə 3,9% artaraq 619,7 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə ölkənin ticarət kəsiri 357,1 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi