Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 18% artıb

Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 18% artıb Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 5,019 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18,2% çoxdur.
Biznes
166
14 İyun , 2021 11:05
Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 18% artıb

Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 5,019 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18,2% çoxdur.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, son 1 ildə qonşu ölkənin ixracının dəyəri 24,4 % artaraq 1,538 milyard dollar, idxalının dəyəri isə 15,7% artaraq 3,481 milyard dollar olub.

Son nəticədə xarici ticarətdə 1,943 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 38,7%-dir.

Son xəbərlər

Orphus sistemi