Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb 

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb  Bu ilin I rübündə Gürcüstan xarici ölkələrlə 2 773,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb
Biznes
13 Aprel , 2021 11:07
Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb 

Bu ilin I rübündə Gürcüstan xarici ölkələrlə 2 773,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.

Yanvar-mart aylarında qonşu ölkənin ixracının dəyəri illik müqayisədə 5,3 % artaraq 821,1 milyon dollar, idxalının dəyəri isə 2,4 % azalaraq 1 952,4 milyon dollar təşkil edib.

Son nəticədə xarici ticarətdə 1 131,4 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,8%-dir.

Son xəbərlər

Orphus sistemi