Gürcüstanın xarici ticarət dövriyyəsi 16 %-dən çox azalıb 

Gürcüstanın xarici ticarət dövriyyəsi 16 %-dən çox azalıb  Bu ilin yanvar ayında Gürcüstan xarici ölkələrlə 763,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb
Biznes
15 Fevral , 2021 11:06
Gürcüstanın xarici ticarət dövriyyəsi 16 %-dən çox azalıb 

Bu ilin yanvar ayında Gürcüstan xarici ölkələrlə 763,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 16,3% azdır.

Ötən ay qonşu ölkə 224,4 milyon dollar dəyərində məhsul ixrac edib, 539,4 milyon dollar dəyərində isə məhsul idxal edib. Bunlar isə illik müqayisədə 16,2 % və 16,4% azdır.

Nəticədə xarici ticarətdə 315 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,2%-dir.

Son xəbərlər

Orphus sistemi