Gürcüstanın xarici ticarət dövriyyəsi 15% azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 15% azalıb Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri həcmi 9 159,5 milyard ABŞ dolları təşkil edib.
Biznes
133
13 Noyabr , 2020 11:11
Gürcüstanın xarici ticarət dövriyyəsi 15% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri həcmi 9 159,5 milyard ABŞ dolları təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15% azdır.

10 ay ərzində qonşu ölkənin ixracının dəyəri illik müqayisədə 11,1% azalaraq 2 715,3 milyard dollara, idxalının dəyəri isə 16,6% azalaraq 6,444,2 milyard dollara düşüb. Son nəticədə xarici ticarət dövriyyəsində 3 728,9 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi dövriyyədəki payı 40,7%-dir.

Son xəbərlər

Orphus sistemi