Gürcüstanın xarici ticarət dövriyyəsi 15% azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 15% azalıb Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 8,121 milyard ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsinə malik olub.
Biznes
13 Oktyabr , 2020 11:09
Gürcüstanın xarici ticarət dövriyyəsi 15% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 8,121 milyard ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsinə malik olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 14,9% azdır.

Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 12,1% azalaraq 2 404 milyard dollara, idxalının dəyəri isə 15,9% azalaraq 5,718 milyard dollara düşüb.

Son nəticədə xarici ticarətdə 3,314 milyard dollar kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,8%-dir.

Son xəbərlər

Orphus sistemi