Gürcüstanın Azərbaycana ixracı 9% azalıb

Gürcüstanın Azərbaycana ixracı 9% azalıb Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 327,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Biznes
19 Oktyabr , 2020 11:04
Gürcüstanın Azərbaycana ixracı 9% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 327,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 9,3% azalıb.

Doqquz ay ərzində Azərbaycan Gürcüstanın ümumi ixracında 13,6% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çindən sonra II yeri tutub.

Son xəbərlər

Orphus sistemi