Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 444 milyon 618,2 min dollar dəyərində məhsul ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycana ixracında 2,2% artım qeydə alınıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% paya sahib olmaqla, Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 488 milyon 159 min dollar dəyərində məhsul idxal edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycandan idxalı 4,9% azalıb.
Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı isə 6% təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.