Gürcüstandan ölkəyə qanunsuz gətirilən xeyli miqdarda siqaret aşkarlanıb

Gürcüstandan ölkəyə qanunsuz gətirilən xeyli miqdarda siqaret aşkarlanıb Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 32 000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Biznes
19 Mart , 2022 17:13
Gürcüstandan ölkəyə qanunsuz gətirilən xeyli miqdarda siqaret aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 32 000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdikləri "İveco", və “Mercedes Benz” markalı yük nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 12 800 ədəd "Parliament Heets”, 19 200 ədəd isə “Heets” markalı siqaretlər aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi