Gürcüstandan Azərbaycana yük maşını və traktor ixracı 2 dəfədən çox artıb

Gürcüstandan Azərbaycana yük maşını və traktor ixracı 2 dəfədən çox artıb Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 876 ədəd yük maşını idxal edib
Biznes
19 May , 2021 14:43
Gürcüstandan Azərbaycana yük maşını və traktor ixracı 2 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 5 mln 676,9 min ABŞ dolları dəyərində 876 ədəd yük maşını idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 469 ədəd və yaxud 2,1 dəfə çoxdur.

Hesabat dövründə qonşu ölkədən Azərbaycana ümumi dəyəri 461,3 min ABŞ dolları olan 34 ədəd traktor da ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 21 ədəd və yaxud 2,6 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi