Gürcüstanda çörəyin bahalaşacağı gözlənilir

Gürcüstanda çörəyin bahalaşacağı gözlənilir Gürcüstanda çörəyin qiymətində artımın olacağı gözlənilir.
Biznes
11 Mart , 2022 14:14
Gürcüstanda çörəyin bahalaşacağı gözlənilir

Gürcüstanda çörəyin qiymətində artımın olacağı gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, buna Gürcüstanın əsas buğda tədarükçüsü olan Rusiyaya qarşı Ukraynaya görə tətbiq olunan sanksiyalar səbəb ola bilər.

Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bildirib ki, ölkədə iki-üç aylıq un ehtiyatı var və buna görə də may ayına qədər çörək bahalaşmayacaq.

O qeyd edib ki, buğdanın idxalı ilə bağlı Qazaxıstanla danışıqlar aparılır.

Gürcüstan il ərzində 700-800 ton buğda istehlak edir ki, bunun da yalnız 10 %-i yerli istehsalın payına düşür. Qonşu ölkənin buğdaya olan tələbatının 70 %-ni Rusiya ödəyir.

Son xəbərlər

Orphus sistemi