Gürcüstana xarici investisiya qoyuluşu artıb

Gürcüstana xarici investisiya qoyuluşu artıb Bu ilin II rübündə Gürcüstan iqtisadiyyatına 237,8 milyon ABŞ dolları birbaşa xarici investisiya yatırılıb.
Biznes
8 Sentyabr , 2020 11:05
Gürcüstana xarici investisiya qoyuluşu artıb

Bu ilin II rübündə Gürcüstan iqtisadiyyatına 237,8 milyon ABŞ dolları birbaşa xarici investisiya yatırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə sərmayələrin həcmində 0,5% artım qeydə alınıb.

Aprel-iyunda Gürcüstana ən çox investisiya yatıran ölkələrin ilk üçlüyünə Böyük Britaniya (58,9 milyon dollar), Niderland (53,2 milyon dollar) və Türkiyə (31,5 milyon dollar) daxil olub.

Hesabat dövründə sərmayələrin böyük həcmi maliyyə, energetika və tikinti sektorlarına yönəldilib. 

Son xəbərlər

Orphus sistemi