Gürcüstan və İrandan dəmir yolu ilə gətirilən mallar gömrük-keçid məntəqələrindən ləngimədən keçəcək

Gürcüstan və İrandan dəmir yolu ilə gətirilən mallar gömrük-keçid məntəqələrindən ləngimədən keçəcək Bakı. 13 iyun. REPORT.AZ/ Gürcüstan və İran istiqamətlərində olan dəmir yollarında skanerlərin quraşdırılması üzrə işlər yekunlaşmaq üzrədir.
Biznes
13 İyun , 2018 12:51
Gürcüstan və İrandan dəmir yolu ilə gətirilən mallar gömrük-keçid məntəqələrindən ləngimədən keçəcək
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Gürcüstan və İran istiqamətlərində olan dəmir yollarında skanerlərin quraşdırılması üzrə işlər yekunlaşmaq üzrədir". 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov deyib. 

O, tezliklə adı çəkilən ölkələrdən dəmir yolu ilə Azərbaycana gətirilən malların sürətli yoxlanılmasının mümkün olacağını vurğulayıb: "Hələ ki, dəqiq vaxtı məlum deyil. Amma skanerlərin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Bu, qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılmasına imkan verəcək".

Son xəbərlər

Orphus sistemi